"Ağıllı” boşqab ixtira olundu: yediyiniz kalorini biləcəksiniz – FOTO
Bizi izləyin

Dünya

"Ağıllı” boşqab ixtira olundu: yediyiniz kalorini biləcəksiniz – FOTO

ABŞ-ın Pensilvaniya ştatından olan Entoni Ortiz qeyri-adi kəşfə imza atıb.

Publika.az “Kedem”ə istinadən xəbər verir ki, arıqlamaq istəyənlərə kömək məqsədilə edilən bu kəşf yeməyin dəqiq kalorisini göstərən “ağıllı” boşqabdır – SmartPlate.

Entonini bu yeniliyi etməyə həvəsləndirən isə onun atasının əməliyyat olunması və kalorili qidalardan imtina etməsi olub. SmartPlate hissəyə ayrılıb və bir miniatür kamera ilə təchiz olunub.

Boşqaba qoyulan qidanın çəkisi, kalorisi, tərkibindəki zülallar, yağlar və karbohidratlar ayrı-ayrılıqda hesablanır.

İxtiraçının sözlərinə görə “ağıllı” boşqab 2016-cı ilin yayından satışa çıxarılacaq və qiyməti 199 dollar olacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm