Emin Əhmədov: “Bakı möhtəşəm yarışa ev sahibliyi edəcək”
Bizi izləyin

Bakı 2015

Emin Əhmədov: “Bakı möhtəşəm yarışa ev sahibliyi edəcək”

London Olimpiya Oyunlarının bürünc mükafatçısı Emin Əhmədov I Avropa Oyunlarının ölkəmizə böyük uğur gətirəcəyini deyib.

Publika.az-a danışan güləşçi Avropa Oyunlarını mühüm yarış kimi qiymətləndirib: “Birinci Avropa Oyunları ölkəmizə böyük uğurlar qazandıracaq. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Oyunların Azərbaycanda keçirilməsinin ölkəmiz üçün faydalı olacağı daha da aydın görünür. Bir sözlə, Bakı möhtəşəm yarışa ev sahibliyi edəcək. Olimpiya Oyunları deyəndə Yunanistan xatırlandığı kimi, bu mötəbər turnir də yada düşəndə Azərbaycan ağıla gələcək”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm