İraq İŞİD-dən qaçan vətəndaşlarını səhrada zəncirlədi - VİDEO
Bizi izləyin

Dünya

İraq İŞİD-dən qaçan vətəndaşlarını səhrada zəncirlədi - VİDEO

İraq təhlükəsizlik gücləri İŞİD terror təşkilatından qaçan vətəndaşlarına işgəncələr veriblər.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq əsgərlərinin geri çəkilməsi ilə mayın 17-də İŞİD-in əlinə keçən Ramadidən qaçan yüzlərlə adam zəncirlənərək səhrada onlarla kilometr piyada hərəkət etməyə məcbur ediliblər.

Məlumata görə, İraq polisi və “Hizbullah” təşkilatının silahlıları onları İŞİD üzvləri hesab ediblər. Livanın “Al Mayadin” kanalında yayımlanan görüntülərə görə, “Hizbullah” dinc insanların qiyafətində olan yüzlərlə İŞİD üzvünün tutulduğunu elan edir.

Ancaq qısa müddət sonra tutulanların İŞİD üzvü deyil, İŞİD-dən qaçan dinc vətəndaşlar olduğu ortaya çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm