Poroşenko: “Bu siyasətin ağır nəticələri bütün ölkənin üzərindədir”
Bizi izləyin

Dünya

Poroşenko: “Bu siyasətin ağır nəticələri bütün ölkənin üzərindədir”

“Ukraynanın neytral statusunun təbliğatçıları təhlükəsizliyin kritik səviyyəyə qədər azalmasına görə məsuliyyət daşımalıdır”.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko təhlükəsizlik üzrə 8-ci Kiyev konfransında çıxışında bildirib.

“Biz Ukraynanın biabırçı neytral statusunu ləğv etdik. Ukraynanın neytral statusunun təbliğatını aparanlar, ölkənin silahlı qüvvələrini dağıdanlar məsuliyyət daşımalıdır. Onlar ölkənin təhlükəsizlik səviyyəsini kritik səviyyəyə qədər aşağı salmağa imkan verdilər. Bu siyasətin ağır nəticələri bu gün bütün ölkənin üzərindədir”, - Ukrayna prezidenti deyib.

Xatırladaq ki, Ukraynanın neytral statusu Ali Rada tərəfindən 2014-cü ilin dekabrında ləğv edilib. Bununla da Kiyev üçün hər hansı hərbi-siyasi ittifaqa qoşulmaq üçün hüquqi mexanizm yaranıb. Poroşenko 2014-cü ilin payızında bildirib ki, ölkədə beş-altı il sonra NATO-ya birləşmə məsələsi ilə əlaqədar referendum keçirilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm