“Azərbaycan Ermənistandan daha əhəmiyyətli partnyordur”
Bizi izləyin

Dünya

“Azərbaycan Ermənistandan daha əhəmiyyətli partnyordur”

“Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqını son dərəcə subyektiv qəbul edir. Çünki bu, onun ideyasıdır. Biznesmenlər narazılıqlarını ifadə etməyə başlayanda isə onlara “dözün” deyir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri “Risklərin Qiymətləndirilməsi” müstəqil ekspertlər qrupunun rəhbəri, qazaxıstanlı politoloq Dosım Satpaev Qazaxıstanın "cənub paytaxtı” Alma-Atada keçirilən “Rəqəmsal əsrdə informasiyanın keyfiyyəti” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Nazarbayevdən sonra çətin ki, kimsə bu layihəyə onun kimi münasibət göstərsin: “Yeni nəsil Avrasiya İqtisadi İttifaqı və Rusiyaya meyl etmir, yeni nəslin istiqaməti Çin və Türkiyədir”.

İttifaqda vahid valyutaya keçid ehtimalına gəlincə, Satpaev hesab edir ki, vahid valyuta Qazaxıstan üçün qəbuledilməzdir. Satpaevin sözlərinə görə, Qazaxıstan Avrasiya İttifaqının yaradılması ilə daha geniş bazar əldə etməyi planlaşdırırdı.

“Amma sonra fakt qarşısında qaldı ki, onun xammaldan başqa satmağa heç nəyi yoxdur. Qazaxıstan Avrasiya İqtisadi İttifaqından heç bir xeyir götürmədi. Əksinə, 2015-ci ilin martına olan məlumata görə, əmtəə dövriyyəsi 20 faiz aşağı düşdü. Yeri gəlmişkən, maraqlıdır ki, Rusiya və ya Çin Qazaxıstanın ən böyük ticarət partnyoru deyil, məhz Avropa Birliyidir”, - qazaxıstanlı politoloq vurğulayıb.

O, Ermənistanın quruma üzvlüyünə Nazarbayevin o qədər də müsbət yanaşmamasını şərh edib. Dosım Satpaev deyib ki, Qazaxıstan üçün Azərbaycan Ermənistandan daha əhəmiyyətli partnyordur: “Mən özüm də həmçinin Ermənistanın üzvlüyünü arzulamırdım. Biz düşünürdük, Ermənistan Avrasiya İqtisadi İttifaqında nəyə lazımdır? Aydındır ki, əgər ittifaqa zəif ölkə daxil olursa, güclülər onun problemlərini özlərinin üzərinə yükləməli olacaqlar”.

Konfransda erməni jurnalistləri şikayət ediblər ki, istəmədikləri halda, Ermənistanı quruma daxil olmağa niyə məcbur ediblər. Qazaxıstanlı politoloq Ermənistanı Qaqzaxıstanın deyil, Rusiyanın məcbur etdiyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm