ABŞ Türkiyədə anti-Əsəd planının icrasına başladı
Bizi izləyin

Dünya

ABŞ Türkiyədə anti-Əsəd planının icrasına başladı

ABŞ ordusu Türkiyədə Suriyadan olan silahlı qruplara hərbi təlim verməyə başlayıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə bir amerikalı səlahiyyətli bildirib.

Adını açıqlamaq istəməyən səlahiyyətli təlimdə iştirak edən silahlı qrupların tərkibi və təlimin nə vaxt başladığı haqqında məlumat verməyıb. ABŞ Müdafiə Nazirliyi mövzu ilə əlaqədar şərh verməkdən imtina edib.

ABŞ prezidenti Barak Obama daha əvvəl verdiyi açıqlamasında “təlim-təchiz”proqramının məqsədinin yalnız İŞİD-lə mübarizə olduğunu bildirib. Amma ekspertlər əsas hədəfin Bəşər Əsəd rejimi olduğuna şübhə etmirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm