Ukraynalı deputat "Gəl, ey səhər" oxudu – MÖHTƏŞƏM VİDEO
Bizi izləyin

Magazin1

Ukraynalı deputat "Gəl, ey səhər" oxudu – MÖHTƏŞƏM VİDEO

Ukraynalı müğənni və Ukrayna Ali Radasının deputatı Zlata Oqneviç Azərbaycanın xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını Azərbaycan dilində ifa edib.

Publika.az xəbər verir ki, mahnının yaxşı ifa edilməsi üçün Ukrayna, Almaniya və İngiltərə musiqiçiləri birgə çalışıb.

Mahnı üzərində iş bir neçə ay davam edib. Mahnının yazılmasında simfonik orkestr iştirak edib.

Müğənni mahnını ifa etmək üçün vokal dərslərindən başqa, Azərbaycan dilində sözləri düzgün tələffüz etmək üçün repetitorla da məşğul olub. Bununla yanaşı, ifaçı Azərbaycanın incəsənət tarixi ilə də maraqlanıb.

Zlata taleyin ona “Gəl ey səhər” mahnısını ifa etmək şans verdiyindən qürur hiss duyduğunu dilə gətirib:

“Bu, möhtəşəm təcrübədir. Mən Azərbaycan xalqına bu cür incəsənətə və tarixi ənənələrə malik olduğuna görə təşəkkürümü bildirirəm. Əfsanəvi Polad Bülbüloğluna isə minnətdarlığımı bildirmək istəyirəm”.

Xatırladaq ki, mahnının musiqisi Polad Bülbüloğluna, sözləri isə Fikrət Qocaya aiddir.

Qeyd edək ki, Zlata Oqneviç Ukraynanın deputatı olmaqla yanaşı, ölkəsini 2013-cü ildə “Eurovision” musiqi yarışmasında da təmsil edib. O, həmçinin Krım Muxtar Respublikasının əməkdar artistidir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm