Elza Seyidcahanın Avropa Oyunlarına həsr olunan klipi hazırdır
Bizi izləyin

Bakı 2015

Elza Seyidcahanın Avropa Oyunlarına həsr olunan klipi hazırdır

Elza Seyidcahanın yeni klipi hazırdır. Publika.az-a yaxın günlərdə işıq üzü görəcək "Qələbələr bizimdir" mahnısına çəkilən klipindən danışan əməkdar artist klipin CD-sindən ilk nümunəni də elə Publika.az-a hədiyyə edib. Heç yerdə yayımlanmayan klipində ifaçının ən çox marağına səbəb olan isə xüsusi hazırlanmış geyimi olub.

“Avropa Oyunlarına həsr olunan mahnıya klip çəkilib. Mahnı “Qələbələr bizimdir” adlanır. Mahnının sözləri İsmayıl Dadaşova, musiqisi isə Siruz Abasbəyliyə məxsusdur. Burada oğlumun əməyindən də istifadə etmişəm. Skripkada oğlum Ələkbər Qasımov müşayiət edir. Klipin rejissoru Rövşən Əliyevdir. Paltarımı isə modelyer Mübariz Allahverdizadə hazırlayıb. Mən onun əl işinə heyran qaldım. Paltarın formasını mənə telefon vasitəsilə dedi. Onunla heç görüşməyə də vaxtım yox idi. Klip çəkilişindən 2 gün əvvəl ölçülərimi göndərdim. Paltarı geyinəndə təəccübləndim. Əynimdə bir dəfə olsun yoxlanılmayan paltar qutu kimi bədənimə oturdu. Bu paltarın özəlliyi ondadır ki, qollar çıxanda Türkiyə bayrağ, qollar taxılanda isə Azərbaycan bayrağı olur.

Qeyd edək ki, yaxın günlərdə adıçəkilən klipə təqdimat mərasimi keçiriləcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm