Əsədə ağır zərbə: Hələb-Lazkiye yolu itirildi
Bizi izləyin

Dünya

Əsədə ağır zərbə: Hələb-Lazkiye yolu itirildi

Suriya müxalifətinin silahlı qüvvələri Bəşər Əsəd rejiminə ağır zərbə vurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Əsəd rejiminə qarşı döyüşən silahlı qruplar İdlib vilayətinin qərbində yerləşən və rejimin nəzarətindəki son mahal olan Erihanı ələ keçirib.

Bu isə rejimin Hələb və Lazkiye arasındakı əlaqəni tamamilə itirdiyi anlamına gəlir.

Suriya müxalifətinin əsas qüvvələrini çətiri altında birləşdirən Fəth Ordusunun səhra komandiri Hamza Fəthullah müxalifət birlikləri ilə Əsəd gücləri arasında şiddətli döyüşlərin getdiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm