Külәk Parkı işə salındı - XIZIDA
Bizi izləyin

Qırmızı.az

Külәk Parkı işə salındı - XIZIDA

Azərbaycanın Xızı rayonunun Yeni Yaşma ərazisində tikilmiş 2,5 MVt-lıq külәk turbini işә salınıb.

Bu barədə "Report"a Alternativ və Bәrpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, turbin layihə gücü 50 MVt olan külәk parkında quraşdırılıb və artıq Dövlət Agentliyi tərəfindәn bütün stansiya tam sınaqdan keçirilib.

Bu layihәnin ilkin olaraq işlək vәziyyәtә gәtirilmiş külәk turbini külәk enerjisindәn elektrik enerjsini istehsal edәrәk artıq ümumi elektrik şәbәkәsinә ötürmәyә başlayıb. Qısa müddətə külək parkı tam gücü ilə ölkənin ümumi enerji şəbəkəsinə qoşulacaq.

Ötәn il әrzindә Azərbaycanda bәrpa olunan enerji mәnbәlәrindәn istifadә etmәklә 1,5 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal olunub ki, bunun nəticәsində 500 mln. kubmetr qaza qәnaәt edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm