“Qarabağ şikəstəsi” Amerikanın səfirini kövrəltdi – FOTOLAR
Bizi izləyin

Magazin1

“Qarabağ şikəstəsi” Amerikanın səfirini kövrəltdi – FOTOLAR

Azərbaycanın iki sevilən xanəndəsi əməkdar artist Təyyar Bayramovla Gülay Zeynallı 28 may Respublika Günü münasibəti ilə Türkmənistanın paytaxtı Aşqabadda möhtəşəm konsert proqramı ilə çıxış ediblər. Publika.az xəbər verir ki, iki saatdan artıq davam edən konsertdə yüzlərlə həmyerlimiz qarşısında oxuyan Gülay, xoş təəssüratlarını oxucularımızla bölüşdü:

"Bu möhtəşəm bayram konserti Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadənin təşəbbüsü ilə baş tutdu. Tədbirdə Türkmənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, əməkdaşları iştirak edirdilər. Mən və Təyyar Bayramovun çıxışı Türkmənistanda yaşayan həmyerlilərimiz üçün sözün həqiqi mənasında unudulmaz bayrama çevrildi. Səhnədə bizi tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusubov müşayiət etdi. Hər ikimizin çıxışı məkana toplaşan tamaşaçılar tərəfindən ayaqüstə, sürəkli alqışlarla qarşılandı. Həm Təyyarın, həm də öz adımdan sənətimizə yüksək dəyər verən insanlara təşəkkür edirəm. Yaşasın Azərbaycanımız".

Muğam ifaçısı Təyyar Bayramov təəssüratlarını bizimlə bölüşdü: “Sonda tamaşaçıların xahişi ilə Gülayla birlikdə “Qarabağ şikəstəsi”ni oxuduq. Konsertdən sonra Amerikanın səfiri yaxınlaşıb kövrəldiyini heyrətləndiiyni bildirdi. Dedi ki, Azərbaycan musiqisi necə də əsrarəngizdir”.

Bayram konsertini əks etdirən fotoları oxucularımıza təqdim edirik.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm