İyun ayı üçün HAVA PROQNOZU
Bizi izləyin

Qırmızı.az

İyun ayı üçün HAVA PROQNOZU

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində iyun ayı üçün gözlənilən hava proqnozunu açıqlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Azərbaycan ərazisində iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 15-20 dərəcə isti təşkil edəcək.

Gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-12 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 14-19 dərəcə isti təşkil edəcək.

Gündüzlər 25-30, bəzi günlərdə isə 32-36 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 10-15 dərəcə isti təşkil edəcək.

Gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə isə temperatur 29 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 86-130 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 13-18 dərəcə isti təşkil edəcək.

Gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə isə 30-34 dərəcə isti olacağı gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 19-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr temperatur 12-17 dərəcə isti təşkil edəcək.

Gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə isə 27-32 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 18-179 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 15-20 dərəcə isti təşkil edəcək.

Gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə isə 33-36 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-49mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 20-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr temperatur 15-20 dərəcə isti təşkil edəcək.

Gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə isə 30-33 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm