Qırmızı.az
Meteohəssas insanlara XƏBƏRDARLIQ
Azərbaycanda isti havalar davam edir.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.
Mayın 30-da Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir qədər yüksək olsa da, mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişli olacaq.
Mayın 31-də gündüz cənub-şərq küləyinin üstünlüyü fonunda
rütubətliliyin bir qədər artması bəzi meteohəsas insanlarda
narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında mayın 30-da hava gündüz əsasən
yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi
əsəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!