Özcan Dəniz cazibədar aktrisanı razı sala bilmədi
Bizi izləyin

Magazin2

Özcan Dəniz cazibədar aktrisanı razı sala bilmədi

Son illər daha çox rejissor kimi fəaliyyət göstərən müğənni və aktyor Özcan Dəniz yeni çəkəcəyi filmin baş rolunda cazibədar aktrisa Beren Saatı görmək istəyirdi.

Berenin bütün istəklərini yerinə gətirəcəyini və istədiyi qonorarı verəcəyini bildirən Özcan Dəniz aktrisadan “hə” cavabı alacağını ümid edirdi.

Ancaq “Kösem sultan” serialı ilə ekrana qayıtmağı düşünən Beren Saat Özcan Dənizin təklifini qəbul etməyib. Berendən ümidi üzülən Özcan aktrisa Handə Doğandemirin qapısını döyüb. Aktrisa təklifi dərhal qəbul edib.

“Hər şey eşq üçün” adlı filmin çəkilişləri iyul ayında başlayacaq. Handə Doğandemirin filmdəki tərəf müqabili Şükrü Özyıldız olacaq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm