Sabir Rüstəmxanlı spikerlə mübahisə etdi
Bizi izləyin

Nida.az

Sabir Rüstəmxanlı spikerlə mübahisə etdi

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən son iclasında spiker Oqtay Əsəsdovla millət vəkili Sabir Rüstəmxanlı arasında mübahisə yaranıb.

Publika.az-ın məlumatına görə, deputat S.Rüstəmxanlı cari məsələlərə vaxt ayrılmamasına və Binəqədidə baş verən faciənin müzakirə olunmamasına etiraz edərək deyib ki, ölkədə kimsə pul qazanır və sonra camaatı odun içinə atır: “Niyə biz bunu müzakirə etməyək? Bizə İTV ilə bağlı sənəd veriblər və o sənəd çıxarış formatındadır. Bu məktub formasında olmalıdır. Bunun Milli Məclisə nə dəxli var? Mən baxıram ki, bunun televiziyaya heç bir dəxli yoxdur. İş yerləri və təhsili televiziyadan uzaq olan adamları bu sənəddə təqdim ediblər. Televiziyalarımız ona görə də indiki vəziyyətdə narazılıq doğurur. Televiziyalarda dəfələrlə tənqidi materaillar səslənir. Bəs hansı nəzərə alınır?”

S.Rüstəmxanlı bir gün öncə Respublika gününün qeyd olunduğunu, ancaq cümhuriyyət qurucularına aşağılayıcı münasibətin davam etdiyini də söyləyib: “Dünən Respublika günü qeyd edildi. Neçə vaxtdır deyilir, respublikanın qurucularından biri Məmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, onun başına çuval keçirilib. Bu, ABŞ-ın türk əsgərinin başına çuval keçirmək deməkdir. Əgər Gəncə İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, desin. Zəhmət çəkib, öz əlləri ilə onun başındakı çuvalı çıxartsın”.

Daha sonra spiker O.Əsədov onun iclası aparmasına yönəlik iradları qəbul etmədiyi üçün mübahisə baş verib. Spiker deyib ki, siz hər dəfə Milli Məclisin iclasına qulp qoymağa çalışırsınız.

S.Rüstəmxanlı isə O.Əsədovun fikirlərinə etiraz edib və sonda spiker ona mikrofonsuz danışdığı üçün irad tutub: “Hamı kimin kim olduğunu yaxşı bilir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm