Çiyələk detoksu ilə gözəlləşin
Bizi izləyin

Sağlamlıq

Çiyələk detoksu ilə gözəlləşin

Arıqlamaq, sellülitdən və ödəmdən xilas olmaq istəyənlərə mövsümün ən dadlı meyvəsi çiyələkdən hazırlanan detoks təklif olunur. Qələvili çiyələk suyunun hazırlanması olduqca asandır.

Çiyələyin tərkibindəki C vitamini hüceyrələri yeniləyir, qan dövranını sürətləndirib sellüliti aradan qaldırır və yağların yandırılmasına kömək edir. Üstəlik, 1 kasa çiyələk yalnız 50 kaloridir!

Ərzaqlar:

1 litr su

5 ədəd çiyələk

1 ovuc təzə nanə

3 dilim limon

Hazırlanması:

Çiyələk, nanə və limonun tərkibindəki faydalı maddələrin suya keçməsi üçün qələvili su gecədən hazırlanmalıdır. Məsələn, gecə yatmazdan əvvəl dişlərinizi yuduqdan sonra qələvili su hazırlamağı vərdiş halına gətirin. Dolçaya bütün ərzaqları tökün və soyuducuya qoyun. Bu su bir gün ərzində içilib qurtarılmalıdır.

Əhəmiyyətli məlumatlar: Çiyələk detoksu əmizdirən analar üçün də uyğundur. Detoks suyunun effektli olması üçün içinə mütləq nanə və limon atılmalıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm