Tale Heydərov: “Növbəti mövsümdə hədəf çempionluqdur”
Bizi izləyin

İdman

Tale Heydərov: “Növbəti mövsümdə hədəf çempionluqdur”

Azərbaycan Premyer Liqasının sonuncu turunda “Bakı” üzərində 3:0 hesablı qələbə sayəsində çempionatın bürünc medallarına sahib çıxan “Qəbələ” klubunun prezidenti Tale Heydərov mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Ötən il olduğu kimi, “Qəbələ” mövsümü yenə üçüncü pillədə başa vurdu. Yekunla bağlı təəssüratlarınız necədir?

- Komanda tələb olunan minimum vəzifənin öhdəsindən gəldi və mövsümü üçüncü pillədə başa vurdu. Təbii ki, bu, sevindirici haldır. Növbəti mövsümdə hədəf çempionluqdur. Məşqçi və futbolçu heyəti ilə buna nail olacağımıza ümid edirəm.

- Baş məşqçi Roman Qriqorçukun fəaliyyəti sizi qane edir?

- Bəli, qane edir. İlk oyunlarda müəyyən çətinliklər yaşadıq, uğursuzluq zolağı oldu. Ancaq sonradan komandamız məğlubiyyətsiz oyunlar seriyası yaxaladı və bunu davam etdirdi. Oyun üslubundan razıyam. Çünki komanda mən istəyən üslubda çıxış edir. Bunun davam etdirilməsini istərdim.

- Qarşıdan Avropa Liqasının oyunları gəlir. Heyəti gücləndirməyi düşünürsünüzmü?

- Bir neçə futbolçunu komandaya dəvət etmək istiqamətində işlər görülür. Təbii ki, yollarımızı ayırdığımız futbolçular da olacaq. Yeni heyətlə bir neçə mərhələ keçmək istəyirik.

- Əsas stadionun inşası ilə bağlı hansı planlarınız var? Yoxsa bununla kifayətlənəcəksiniz?

- Tələbat olduğu yerdə böyük stadionlar tikilir. Hazırkı stadionumuz bizi qane edir. Azarkeşlərimiz üçün kifayət qədər yerimiz var. Ehtiyac olacağı halda, stadionu böyütmək haqda qərar verəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm