Polis körpüdən aşıb həlak oldu - ŞABRANDA
Bizi izləyin

Hadisə

Polis körpüdən aşıb həlak oldu - ŞABRANDA

Bu gün Şabran rayon Polis Şöbəsinin əməkdaşı yol qəzasında həlak olub.

Axar.az-a rayondan verilən məlumata görə, Şabran RPŞ-nin Cinayət-Axtarış şöbəsinin Teymur Kərimov adlı əməliyyatçısı özünə məxsus “Hunday Sonata” markalı 90 NG 558 dövlət nömrə nişanlı avtomobilini körpüdən aşırıb.

İlkin məlumata görə, polis işçisi yuxulu vəziyyətdə olub və rayonun Taxtakörpü adlı ərazisində körpüdən aşağı düşərək həlak olub.

Faktı Şabran rayon Polis Şöbəsindən də təsdiqlədilər. Polis rəisinin müavini Natiq Əliyevin əməkdaşımıza verdiyi məlumata görə, T.Kərimov özünə məxsus avtomobili idarə edərkən idarəetməni itirərək yolun kənarına çıxıb və avtomobil aşıb: “Avtomobilin aşması nəticəsində də həlak olub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm