Maşın Xatirə üçün əldən getdi
Bizi izləyin

Magazin1

Maşın Xatirə üçün əldən getdi

Yorğunluq, yuxusuzluq “Maşın şou”-nun qalibi Xatirə İslama təzə maşının dadını çıxarmağa imkan verməyib.

Təəssüratını Publika.az-la bölüşən müğənni hələ ki yatıb yorğunluğunu çıxarmaq arzusundadır.

Nəhayət ki, sözünün ağası olduğunu deyən və maşına sahib olan Xatirə həddən artıq yorğun olduğunu bildirib: “Çox sevincliyəm, məni dəstəkləyən və uğuruma sevinən hər kəsə minnətdaram. Dünən evə gələn kimi başımı atıb yatmışam. 3 gün 3 gecə yatsam, yorğunluğum canımdan çıxmaz. Yuxusuzam. Amma səhhətim yaxşıdır, ayaqlarımda da heç bir problem yoxdur. Sadəcə, yorğunam, danışmağa halım yoxdur”.

Sonda, yalan-gerçək, Xatirə maşını başqasına bağışladığını da dedi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm