Gəncədə 4 otaqlı mənzildə partlayış - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Gəncədə 4 otaqlı mənzildə partlayış - FOTOLAR (YENİLƏNİB)

Gəncədə yaşayış binasında partlayış olub.

Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, partlayış mayın 29-da saat 15 radələrində Yeni Gəncə Qəsəbəsi, 2-ci mikrorayon bina 8-də baş verib.

Binanın 8-ci mərtəbəsində yerləşən Gəncə şəhər sakini 1956-cı il təvəllüdlü Xalid Həsənova məxsus 4 otaqlı mənzildə baş vermiş partlayışın gücündən gücündən evdə təmir işləri aparan fəhlə və onun ustası ağır yanıq xəsarətı alıblar. Hadisə yerinə 3 yanğınsöndürən maşın göndərilib. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılaraq əməliyyata alınıb.

Xəstəxanadan bildirildi ki, yaralıların hər ikisinin əl və üz nahiyəsi yanıb.

Aparılan araşdırmalardan sonra məlum olub ki, partlayışa divar kağızlarının yapışdırılması üçün istifadə olunan yapışqanın tərkibindəki aseton tipli həlledicinin yaratdığı qazın qapalı otağa dolması səbəb olub.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm