Qırmızı.az
Neçə nəfər 0-200 bal toplayıb? - TQDK-dan təhlil
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası əvvəlki illərin məzunu olan abituriyentlərin imtahan nəticələrinə dair statistik məlumatları yayıb.
TQDK-dan Publika.az-a verilən məlumata görə, mayın 17-də (II və III ixtisas qrupları üzrə) və 24-də (I və IV istisas qrupları üzrə) ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanında ümumilikdə 29004 abituriyent iştirak edib.
İmtahandan əvvəl qapalı rejimdə, imtahan başa çatdıqdan sonra isə müstəqil ekspertiza bunu bir daha təsdiq etmiş, suallarda hər hansı elmi, texniki xəta olmayıb.
Qeyd edək ki, ilkin müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qruplarında (ödənişli əsaslarla olan ixtisaslar üzrə) müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılırlar.
Əvvəlki illərin məzunu olan abituriyentlərin imtahan nəticələrini qruplar üzrə təhlilini təqdim edirik.
I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak edib, onlardan cəmi 963 nəfəri (8.11 faizi) 200 və daha yüksək bal toplayıb. Beləliklə, 10911 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 91.89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və və maksimal nəticə 647 baldır.
II ixtisas qrupu üzrə imtahanda 7224 nəfər iştirak edib. Bu qrupda imtahanda iştirak edənlərin 1117 nəfəri (15.46 faizi) 200 və daha yüksək bal toplayıb, 6107 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 84.54 faizi deməkdir. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olub.
III ixtisas qrupu üzrə imtahanda 7812 nəfər iştirak edib. İştirakçıların 1934 nəfəri (24.76 faizi) 200 və daha yüksək bal toplayıb. Beləliklə, 5878 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 75.24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.
IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak edib, onların cəmi 235 nəfəri (11.22 faizi) 200 və daha yüksək bal toplayıb. Beləliklə, 1859 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 88.78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO