Qırmızı.az
Bərdədə 1500 il tarixi olan iri küp tapıldı - VİDEO
Bərdədə 1500 illik nadir tapıntılar aşkarlanıb.
Bərdə rayonunun Mürəssəfli kənd sakini Azər Əsədov həyətində bəslədiyi dovşanlara daldalanacaq düzəltmək məqsədi ilə yeri qazarkən nadir tapıntılar aşkarlayıb. O, həmin yerdən içərisində qədim muncuqlar və misdən düzəldilən zinət əşyaları olan iri küplər tapıb.
Bərdə sakini deyir ki, 1990-cı ildən istifadəsində olan həyətyanı sahəsində əvvəllər də əkin işləri apararkən qədim əşyalar, əsasən də küp qırıqları aşkarlayıb. Lakin indi tapdığı əşyalar onun diqqətini daha çox çəkib: ”Buradan ilk dəfə iri saxsı qablar tapdım. Onların böyründən muncuqlar çıxdı. Sonra yenə qazdıqca saxsı qablar, mis alətlər çıxdı. Deyilənlərə görə, tapdığım əşyaların tarixi 1500 ilə təsadüf edir”.
Azər Əsədov tapdığı əşyaları mühafizə etmək məqsədi ilə evində kiçik muzey yaratmaq niyyətindədir. O həm də mütəxəssislərin ərazidə tədqiqat aparmasını istəyir. (Region TV)
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!