Putin məmurlara üç gün vaxt verdi
Bizi izləyin

Dünya

Putin məmurlara üç gün vaxt verdi

Rusiya prezidenti Vladimir Putin xidməti vəzifəni yerinə yetirərkən federal məmurlar və qubernatorlar tərəfindən alınan hədiyyələrin təslim edilməsi üçün üç gün vaxt verib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncamı imzalayıb.

İstisna olaraq protokol tədbirlərində məmurlara verilən dəftərxana malları, güllər və mükafatlar təşkil edir. Əgər hədiyyə xidməti ezamiyyət zamanı alınıbsa, o ezamiyyətdən qayıdandan sonrakı üç iş günündə təhvil verilməlidir.

Sərəncam Rusiya Təhlükəsizlik Şurasının katibi, federal icra hakimiyyəti orqanlarının rəhbərləri və Rusiya Federasiyasının subyektlərinin ən yüksək vəzifəli şəxslərinə aiddir.

Rusiya hökuməti 2014-cü ilin yanvarından başlayaraq məmurları aldığı hədiyyələr haqqında xüsusi strukturlara xəbər verməyə məcbur edir. Dmitri Medvedevin imzaladığı qərarla məmur 3 min rubldan bahalı hədiyyəni ala bilməz.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm