Şok proqnoz: Nepal zəlzələsi Everestin dağətəyi rayonlarını batıracaq
Bizi izləyin

Dünya

Şok proqnoz: Nepal zəlzələsi Everestin dağətəyi rayonlarını batıracaq

Nepalda aprelin 25-də baş verən zəlzələ Everestin dağətəyi rayonlarında landşaftı əhəmiyyətli dərəcədə dəyişdirib.

Publika.az BBC-nin rus xidmətinə istinadən xəbər verir ki, bu barədə yaxınlıqda yaşayan yerli şerplər bildiriblər.

Yerli sakinləri liderləri bildiriblər ki, torpaqda və buzlaqlarda zəlzələdən sonra gözəçarpan çatlar yaranıb. Yerli ekoloqlar təhlükə siqnalı verirlər ki, landşaftda baş verən dəyişikliklər və temperaturun yüksəlməsi ilə buz gölləri Everestin ətəyindəki rayonları batıra bilər. Artıq belə bir təhlükəyə görə yüzlərlə yerli sakin öz evlərini tərk etməyə məcbur olub.

Bu həftə Nepal, Hollandiya və Fransadan olan alimlər “The Cryosphere” elmi jurnalında birgə tədqiqatın nəticələrini dərc ediblər. Tədqiqatda bildirilir ki, buzlaqların əriməsinin nəticələri faciəli ola bilər. Alimlərin proqnozlarına görə, 2100-cü ilə kimi buzlaqlar öz kütləsini 96 faizinə qədərini itirə bilər. Buzlaqların əriməsi üzrə müvafiq göstəricinin 2050-ci ilə qədər 35 faizdən 62 faizə qədər olması mümkündür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm