Ordunun döyüşə hazırlığı yoxlanıldı - VİDEO/FOTO
Bizi izləyin

Qırmızı.az

Ordunun döyüşə hazırlığı yoxlanıldı - VİDEO/FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təlimlərdə şəxsi heyət hücum əməliyyatlarında mühəndis təminatı tapşırıqlarının icrası üzrə fəaliyyətləri icra edib.

Üç mərhələdə keçirilən təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib.

Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin gələcək döyüş əməliyyatlarına praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm