Bədənindəki tükləri ilə məşhurlaşan azərbaycanlı qız - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bədənindəki tükləri ilə məşhurlaşan azərbaycanlı qız - FOTOLAR

İngiltərənin Redinq şəhərində yaşayan 19 yaşlı azərbaycanlı qız öz hərəkəti ilə dünya mətbuatına düşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yeniyetmə qız internetdə bədənindəki tüklərini nümayiş etdirməklə məşhurlaşıb. Qarnındakı, ayağındakı və qolunun altındakı tükləri göstərən Yasmin , tüklü olmağın qorxulu olmadığını deyib.

Yasmin Qasımova İngiltərənin Liverpul universitetində kompyuter elmi və fəlsəfə üzrə təhsil alır. Onun dediyinə görə, bu vaxta qədər ayağının, qoltuğunun tüklərini təmizləyib. Lakin günlərin birində tük təmizləməkdən bezərək təbiətin ona verdikləri ilə barışmalı olub.

O, əvvəlki kimi dəblə geyinir və bədənindəki tüklərin nəyə görə qırxılmasını anlamır. Yasmin təbiətin əleyhinə gedərək cəmiyyətə xoş görünmək üçün tüklərin təmizlənməsinin əleyhinə çıxış edib.

Onun sözlərinə görə, tüklü gəzmək daha rahatdır, nəinki, onları təmizləmək. Maraqlısı odur ki, 11 yaşından tükün təmizlənməsinin əleyhinə çıxan qızın həyatında bir neçə dəfə uzun müddətli sevgi macərası olub. Yasmin kişilərin istəyini nəzərə almadan tükləri təmizləmək istəmir. Bu vaxta qədər görüşdüyü oğlanlardan yalnız biri onun tükləri təmizləməsini xahiş edib. Lakin sonradan oğlan Yasminin qərarı ilə barışaraq onu olduğu kimi qəbul edib. Yasmin yalnız xüsusi günlərdə tüklərini təmizləyir. Məsələn, sonuncu dəfə o, dekabrda keçirilən bayram üçün tüklərini təmizləyib. Yasmin üz tüklərini almasa da, qaşlarını səliqəyə salır. O, bunu başqalarına görə yox, üzünün qəşəng görünməsi üçün edir. Onun məqaləsi Böyük Britaniya mətbuatında yayıldıqdan sonra onun "Facebook" səhifəsinə 500-dən artıq insan dostluq göndərib. Qızlar Yasminə ismarıc yazaraq onun nə dərəcədə cəsarətli olmasını vurğulayıb

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm