42 dəqiqə su altında qalan oğlan sağ çıxdı
Bizi izləyin

Dünya

42 dəqiqə su altında qalan oğlan sağ çıxdı

İtaliya sakini 14 yaşlı Mikele düz 42 dəqiqə su altında qalmasına baxmayaraq, sağ qalıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər oğlanın sağ qalmasını əsl möcüzə adlandırıblar.

Hazırda oğlan klinikaların birində saxlanılır və evə buraxılmasını gözləyir. Dostlarının Miçi adlandırdığı oğlan həqiqətən də boğulmaq üzrə olub, lakin ölməyib.

Kunqcono şəhərində Miçi dostları ilə körpüdən kanala tullanıb. Lakin oğlan dostlarından fərqli olaraq suyun üzərinə çıxmayıb. Qorxuya düşmüş oğlanlar dərhal hadisə yerinə xilasediciləri çağırıb. Su bulanlıq olduğu üçün xilasedicilər yeniyetməni sudan 42 dəqiqdən sonra taparaq çıxarıb. Hamı onun öldüyünü zənn edib, amma Miçi sağ olub. Xilasedicilər Miçini vertolyotla klinikaya aparıb. Yolda ona ürək masajı edilib. Onun sağ qalacağına isə heç ümid olmayıb. Miçi reanimasiya şöbəsinə göndərilib. Orada oğlanın sağ ayağı amputasiya edilməsi məsləhət görülüb. Lakin ikinci möcüzə baş verib: oğlanın ayağına qan dövriyyəsi işləyib və əməliyyata ehtiyac görülməyib.

Maraqlısı odur ki, Miçi soyuq suya tullanıb və o xilas edilərkən bədən temperaturu 29 dərəcə olub. Ona görə də, həkimlər onun sağ qalmasını möcüzə adlandırıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm