İranda azərbaycanlı fəal həbs edilib
Bizi izləyin

Dünya

İranda azərbaycanlı fəal həbs edilib

Milli fəal və vətəndaş hüquqları müdafiəçi, Qızıl Güney adı ilə tanınan Hafiz Sərdarpur Ərdəbilin kəşfiyyat və təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.

Günaz TV-nin yaydığı məlumata görə, mayın 29-da nəzarət altına alınan Germili Sərdapur tutulmasının səbəbləri bəlli deyil.

Qeyd olunub ki, o, 2010- cu ildə başqa 6 fəalla bərabər Muğan şəhərində tutulmuşdu.

Milli fəaliyyətlərinə görə Hafiz Sərdarpurun magistratura təhsilini davam etdirməsi yasaqlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm