Saakaşvili Ukraynada qubernator təyin ediləcək - RƏSMİ
Bizi izləyin

Dünya

Saakaşvili Ukraynada qubernator təyin ediləcək - RƏSMİ

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Odessa vilayətinin dövlət administrasiyasının başçısı (qubernator) postuna təyin oluna bilər.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının rəhbərinin müavini Valeri Çalıy bildirib.

Onun sözlərinə görə, Ukrayna Nazirlər Kabineti belə bir təyinat üçün Ukrayna prezidenti Pyotr Poroşenkoya təqdimat verib. Çalıy qeyd edib ki, Saakaşvilinin Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilmə ehtimalı 99 faizdi.

Daha əvvəl Ukraynanın ekologiya naziri İqor Şevçenko “Facebook” səhifəsində Saakaşvilinin Odessa vilayətinin qubernatoru təyin edildiyini yazıb.

Qeyd edək ki, sabiq prezident hazırda Ukrayna prezidentinin ştatdankənar müşaviri vəzifəsində çalışır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm