FİFA-ya qarşı yeni ittihamlar hazırlanır
Bizi izləyin

İdman

FİFA-ya qarşı yeni ittihamlar hazırlanır

ABŞ-ın Vergi Xidməti Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FİFA) qarşı korrupsiya ilə bağlı yeni ittihamlar hazırlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. ABŞ-ın Daxili Gəlirlər Xidmətinin nümayəndəsi Riçard Ueber bildirib ki, daha bir ittiham qərarları raundu olacaq. O həmçinin ABŞ-ın FİFA-nın qərarına və dünya futboluna təsir etmək niyyətində olmadığını qeyd edib: “Biz futbolla deyil, korrupsiya ilə mübarizə aparırıq”.

İnterpol əməkdaşları qalmaqalla əlaqəsi ola biləcək biznesmenlərin ofislərində axtarışlar aparır. Axtarışların məqsədi şübhəli şəxslərin yerini öyrənmək olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm