Məşhur prodüser verilişi itə görə tərk etdi – FOTOLAR
Bizi izləyin

Magazin1

Məşhur prodüser verilişi itə görə tərk etdi – FOTOLAR

“Günaydın” verilişində qonaq olan prodüser Sultan verilişi tərk etmək məcburiyyətində qalıb. Publika.az xəbər verir ki, verilişdə qonaq olan rəqqasə Aytənin itini studiyaya çağırması prodüseri özündən çıxarıb:

“Azərbaycanlıyıq. Azərbaycan mentalitetini də saxlamalıyıq. Öz mədəniyyətimizi də qorumalıyıq. Aytən xanımın fikrinə hörmətlə yanaşıram. Amma bunları qəbul etmirəm. Dəhşətdir”.

Etiraz etməklə kifayətlənməyən prodüser studiyanı tərk edib. Bir müddət sonra verilişin yaradıcı heyəti onu geri qaytarmağı bacarıb.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-da teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

Publika.az verilişdən fotoları təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm