Bakıda 3 metrlik quyuya düşən şəxs xilas edilib
Bizi izləyin

Hadisə

Bakıda 3 metrlik quyuya düşən şəxs xilas edilib

Bakıda vətəndaş öz həyətində quyuya düşüb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər vətəndaşa köməyə ehtiyacı var.

FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerinə baxış keçirilərkən məlum olub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən əlavə tikilinin döşəməsinin çökməsi nəticəsində əmələ gəlmiş diametri təxminən 3-4 metr, dərinliyi təxminən 3 metr olan quyuya düşmüş və aldığı xəsarət nəticəsində düşdüyü quyudan çıxmaq iqtidarında olmayıb.

Xilasedicilər vətəndaşı dağıntılar arasından çıxarıb və hadisə yerinə çağırılmış Təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm