Yazarlar
Ən qiymətli qızıl medal!
Anar Yusifoğlu
Artıq I Avropa Oyunları start götürüb və Azərbaycan idmançıları
aktivlərinə ilk qızıl medalları yazıblar. Əslində isə ən qiymətli
qızıl medalı I Avropa Oyunlarının açılış mərasimini saymaq
lazımdır.
Klassik və ənənəvi turnirlərin, eləcə də zaman-zaman bu tip
yarışmaların əsasnaməsinə uyğun, yeni forma və məzmun kəsb etmiş
digər oyunların fonunda “Bakı-2015” ilk növbədə açılış
mərasimindəki təqdimatlarıyla öz möhtəşəmliyini nümayiş
etdirdi.
Kifayət qədər qarışıq zamanda həm daxili, həm də xarici bədxahların
qıcıqqarışıq təxribat yönlü təbliğatı qarşılığında “Bakı-2015”-in
təşkilatçıları təhlükəsizliyi yüksək səviyyədə təmin edə bildilər.
Üstəlik də, 20-yə qədər dövlət eyni zamanda həm öz idmançıları, həm
də dövlət başçılarının iştirakı ilə bu yarışa qoşulmaqla, Şərqlə
Qərbin vəhdət nöqtəsinin məhz Azərbaycan olduğunu sərgiləmiş
oldu.
Bu, nəticə etirbarilə Azərbacana inamsızlıq ifadə etməyə
çalışanlara ən tutuarlı cavab idi: “Bakı-2015” baş tutdu və və
tarixə yazıldı.
Şübhəsiz ki, I Avropa Oyunları dünya idman tarixində çox mühüm və
yaddaqalan hadisədir – bundan sonra da davam etdiriləcək bu
yarışmada “Bakı-2015” öz ilklik missiyasından əlavə, həm də örnək
roluna sahib olacaq. Dünya idmanına Bakıdan start götürən Avropa
Oyunları ən yeni standartlar üzərində köklənərək, insanlar arasında
sırf humanizm nümunəsi kimi estafeti özündən sonrakı ölkəyə
ötürməli olacaq.
Açılış mərasiminin baş tutmasıyla ilk növbədə üzə çıxan üstünlük
həm də ondan ibarət oldu ki, Azərbaycan irimiqyaslı beynəlxalq
layihələrə və qlobal dəyişikliklərə meydan açan dünyaya öz
töhfələri üstündə qədəm basdı.
Açılış mərasimindəki möhtəşəmlik “Azərbaycanı tanıyın!” süjeti
üstündə çox gözəl kompozisiya ilə cilalanmış olduğundan, öz siyasi
çalarlarını sezdirmədi. İnsanlara və dünyaya Azərbaycanı təzədən
təqdim etmə şansı çox yüksək səviyyədə nəzərə alındığından, hamı
gördü ki, Qobustan qayaüstü təsvirlərindən boylanan Azərbaycan
xalqı həm də elə tarixin o qədimliyində qalmasa da, elə qədimliyin
yaratdığı, yaşatdığı müdriklikdədi. “Sarı gəlin”in fon musiqisi
kimi səslənişi və Qarabağ ərazisinin yağı tapdağında əsirliyini
Qarabağ Qazisi keçdiyi həyat və döyüş yolunun görüntüləri üstündə
qalib əsgər kimi çiyinlərində və əllərində - özündən irəlidə daşıya
bildi. Bunu bacarmaq gücünü yaddaşlara həkk etdirdi. Daha bir incə
məqam isə Nizamiyə fars deyənlərə dəyən tərs şapalaq idi –
təfərrüata varmadan yazıram.
Altı min idmançının qatıldığı bu yarışmanın açılışında çoxlu sayda
dövlət və hökümət başçılarının, nüfuzlu və tanınmış şəxslərin
iştirakı Azərbaycanın mürəkkəb vəzifələrin öhdəsindən layiqincə
gəlmək bacarığını da təsdiqlədi.
Müstəqillik dönəminin son illərində Azərbaycan bir çox ilklərə imza
atmaqla bizləri sevindirir.
“Birinic Ledi” Mehriban Əliyevanın “Avroviziya” beynəlxalq musiqi
yarışına uğurlu təşkilatçı kimi rəhbərliyinin ardından belə bir
mötəbər yarışmanın da məsuliyyətinə çiyin verməsi
sevindiricidir.
Təşkilat Komitəsinin sədri kimi çıxışı zamanı söylədiyi bir fikri
diqqətə çatdırmaq istəyirəm: “Bu möhtəşəm bayram müstəqil
Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir.
Müstəqillik illərində əldə etdiyimiz uğur və nailiyyətlər
nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya Hərəkatının
tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan
xalqı yazır”.
Əlbəttə, xalq üçün yazılan, xalqla yazılan səhifələr həmişə uğurlu
olub və tarixdə qalıb – xalq üçün də, rəhbərlik üçün də.
Sonda əvvələ qayıdıram – açılış mərasimində olduğu kimi:
müstəqilliyimizin 24 ilinin hər ili növbəti qələbənin başlanğıc
anıdır.
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ