"İdeal insanı axtarmayın. Bu gün mən evdəyəm" - FOTOLAR
Bizi izləyin

Bilgi.az

"İdeal insanı axtarmayın. Bu gün mən evdəyəm" - FOTOLAR

Çox nadir filmlər var ki, onlara dəfələrlə baxsan da, yorulmursan, üstəlik, hər dəfəsində inanılmaz zövq alırsan. Adriano Çelentano ilə Ornella Mutinin baş rollarda oynadığı "İnadkarın ram edilməsi" və "Dəlisov aşiq" baxdıqca doymaq bilmədiyimiz filmlərdəndir.

Publika.az Çelentanonun bu filmlərindən ən yadda qalan sitatlarını təqdim edir:

***

- Siz, deyəsən, heyvanları çox sevirsiniz.

- Sevirəm.

- Bəs insanları?

- Dözürəm, amma çox yox.

***

Başa düş, məsələ səndə deyil, məndədir. Mən idealam, sən isə - adi.

***

İdeal insanı axtarmayın. Bu gün mən evdəyəm.

***

- Ya mən dediyim kimi edəcəyik!

- Ya da?

- Ya da necə demişdimsə, elə də edəcəyik!

***

- Sən məni sevirsən?

- Bəli!

- Nə qədər?

- Ölümünə qədər!

- Mən çox fikirləşirdim.

***

- Mən səni sevirəm!

- Təşəkkür edirəm.

***

- Mən səni sevirəm!

- Afərin.

- Bəs, sən?

- Mənə də afərin.

***

- Mən sənin dəli, qanmaz, qadın düşməni, ədəbsiz və tərbiyəsiz olduğunu demək üçün qayıtdım.

- Bundan başqa?

- Üstəlik, sən lovğasan.

- Aydındır. Sən mənə aşiq olmusan.

***

- Saat neçədir?

- Saatım yoxdur.

- Saatınız olsaydı, onda saat neçə olardı?

***

- Mən yalnız səninlə olmaq istəyirəm!

- Bəs, problem nədədir?

- Qalanları ilə nə edim?

***

Məni sevənlərin olmasını sevirəm. Bu, mənim çox xoşuma gəlir. Əla şeydir. Ümumiyyətlə, hamıya tək məni sevməyi tövsiyə edirəm.

***

- Mənim istirahət günlərimi necə keçirəcəyim səni niyə belə çox maraqlandırır?

- Düşünürəm ki, hara gedim ki, səninlə qarşılaşmayım.

***

- Bilirsən, insanlarda necə maraq oyatmaq olar?

- Necə?

- Sabah deyərəm.

***

- Əzizim, biz üç ildir danışırıq, amma sən bütün bu müddət ərzində yalnız iki dəfə mənə birinci özün telefonla zəng vurmusan.

- Razıyam, son vaxtlar mən özümdə deyiləm.

***

- Mənə diqqət və qulluq lazımdır!

- Diqqət, mən gedirəm.

***

Fikirləşirdim ki, onsuz nəfəs ala bilmirəm... Sən demə, zökəm, imiş.

***

Mən səninlə mütləq evlənəcəyəm, uzağı zəngləşərik.

***

- Sən nə vaxtsa məni itirməkdən qorxmusan?

- Əlbəttə! Bir dəfə biz avtobusa minmişdik. Mən düşdüm, qatar bileti isə səndə idi.

***

- Sən həqiqətən də beləsən, yoxsa yalandan özünü belə göstərirsən?

- Mən beləyəm. Həm də özümü belə göstərirəm.

***

- Sən bazar ertəsi 5-də boşsan?

- Bəli!

- Heyf, mən məşğulam.

***

Əgər mənə sənin haqqında düşünmək üçün hər dəfə bir dollar versələr, mən sənin haqqında düşünməyə başlayaram.

***

- Neçə yaşınız var?

- Yadımda deyil

- Mən daha az yaş verərdim!

***

Heyvanlar sənə insan deyil. Onlarla razılığa gəlmək olur.

***

- Qadına aşiq olmadan onunla yata bilmirəm.
- Neçə dəfə aşiq olmusan?
- Heç vaxt.

***

- İcazənizlə, özümü təqdim edərəm. Mənim adım...

- Bununla da bitiririk. Yaddaşımı yükləmək istəmirəm.

***

- Sən hələ mənim kostyumum barədə heç nə deməmisən.

- Mən nə isə deməliydim ki?

- Tutaq ki, mən onu sənin üçün geyinmişəm. Sənin xoşuna gəlir, ya gəlmir? Öz fikrini söylə!

- Amma sən dünən də o geyimdə idim.

- Yox, dünən başqa paltar idi. Bu gün mən "Valentino"-dan geyinmişəm.

- Valentino? Mən elə bilirdim ki, sənin özününküdür.

***

- Mənə ərə gəl.

- Ərə gedəcəyim kişi cəsur və ağıllı olmalıdır!

- Deyəsən, qayıqda batanda səni kimin xilas etdiyini unutmusan?

- Hə, sən cəsursan, amma bu, hələ o demək deyil ki, sən ağıllısan.

- Necə bilirsən, onda qayığı kim aşırmışdı?

***

Sən elə mehriban, gülərüz, sevimlisən ki... Əsl parazitsən!

***

O, mənə baxdı, sonra öz oğlanına baxdı, sonra yenə mənə baxdı, sonra keçmiş sevgilisinə baxdı.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm