Magazin1
Teleaparıcı səbəb olduğu qəzanın ziyanından danışdı - ÖZƏL
Zəncirvari yol qəzasına səbəb olan ANS telekanalının xəbər aparıcısı Nigar Mahmudova bütün xərcləri özü ödəyəcək.
Publika.az-a açıqlama verən Nigar Mahmudova ona dəyən ziyanın məbləğini açıqlamaq istəməyib:
“Avtomobillər ustadadır. Hələ ki, dəymiş ziyanın nə qədər olduğunu dəqiq bilmirəm. Usta deyəcək. Bütün xərcləri mən ödəyəcəyəm. Çünki qəzanı mən törətmişəm. Hadisə kiçik səhlənkarlıq nəticəsində oldu. Mən çox diqqətli sürücüyəm. Tıxac idi. Qarşımdakı “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü qəfil dayandı. Ara məsafəsi az olduğundan vaxtında əyləci sıxa bilmədim. Mənim avtomobilim ona, o isə qarşısındakı “Mersedes ML” markalı avtomobilə dəydi. Ən böyük ziyan mənim avtomobilimə dəyib. Şükür, özümə heç nə olmayıb. Bir az kəmər sıxıb, vəssalam. Hadisə olanda heç qorxmadım da. Çünki bərk dəymədi”.
Aparıcı xanım polis əməkdaşlarının dərhal hadisə yerinə gəldiyini bildirib:
“Qəza zamanı polislər də dərhal gəlib hadisəni aktlaşdırdı. İzahatımı da aldılar”.
Hadisədən ən çox zərər görən teleaparıcının avtomobili də sığortalanmayıb:
“Təəssüf ki, avtomobilimin sığortasının vaxtı keçib”.
Xatırladaq ki, ötən gün teleaparıcı Nigar Mahmudova idarə etdiyi “KİA” markalı 90-HB-373 dövlət nömrə nişanlı avtomobili ilə Dərnəgül yolunda qəzaya səbəb olub.
Qəza zamanı aparıcının avtomobilindən başqa əlavə iki maşına da ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.
İsa Şükürov
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...