Üzgüçülərimiz 15-ci oldu – YENİLƏNİR
Bizi izləyin

İdman

Üzgüçülərimiz 15-ci oldu – YENİLƏNİR

Bakı Su İdmanı Mərkəzində Azərbaycan yığmasının üzvləri də start xəttinə çıxıb.

Dorian Fazekaş 50 metr məsafəyə sərbəst üsulla üzməkdə ilkin mərhələni adlamağı bacarmayıb. O, finiş xəttinə 24,53 saniyəyə çataraq, 60 idmançı arasında 53-cü olub.

Anna Mançenkova isə batterflyay üsulu ilə eyni məsafəni qət edib. 50 iştirakçının qatıldığı yarışda 49-cu olan təmsilçimiz 30,98 saniyə nəticə göstərib.

Yığmamız isə 4x100 metr məsafəyə kombinə olunmuş estafetdə qüvvəsini sınayıb. 3 dəqiqə 52,91 saniyə nəticə göstərən komandamız 17 iştirakçı arasında 15-ci yeri tutub.

10:09

Bu gün Avropa Oyunlarında üzgüçülük yarışlarına yekun vurulacaq.

Publika.az xəbər verir ki, bu gün son yarış günüdür və Azərbaycanı 5 üzgüçü təmsil edəcək.

Onlardan 2-si fərdi, 4-ü isə komanda yarışında çıxış edəcək.

Kişilərin arasında 50 metr məsafəyə sərbəst üzmədə Dorian Fazekas mübarizə aparacaq. Qadınların 50 metr məsafəyə kəpənək yarışında Anna Maçenkova çıxış edəcək.

Kişilər arasında 4x100 metr məsafəyə ötürmələrlə yarışda Azərbaycan komandasının heyətində Qriqori Kalminski, İvan Andrianov, Anton Jeltyakov və Dorian Fazekas yarışa qoşulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm