Cüdo: Bu gün də medalsız qaldıq - CANLI YAYIM - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Cüdo: Bu gün də medalsız qaldıq - CANLI YAYIM - YENİLƏNİR

Cüdo yarışlarında yeganə ümidimiz olan Ramın Qurbanov da uduzaraq oyunlardan kənarlaşıb. R.Qurbanov 1/8 finalda macar idmançı ilə görüşüb. İdmançılardan heç biri fənd işlədərək xal qazana bilməsə də, Qurbanova edilən xəbərdarlıq sayəsində macar idmançı qalib gələrək növbəti mərhələyə yüksəlib.

14:35

Bayraqdarımız Elmar Qasımov 1/8 finalda Jorje Fonseka (Portuqaliya) ilə üz-üzə gəlib. Lakin Azərbaycan millisinin lideri gözlənilmədən məğlubiyyətə üzülüb. O, qarşılaşmanın başa çatmasına 24 saniyə qalmış ippona düşüb.

13:53

+100 kq çəkidə mübarizə aparan Uşanqi Kokauri 1/8 finalda gürcüstanlı Levani Matiaşvilini sınağa çəkib. Təəssüf ki, bu dəfə Kokaurinin özü ippona düşərək, çıxışını başa vurub.

100 kq çəkidə Azərbaycanı təmsil edən Elxan Məmmədov 1/8 finalda Lukas Krpaleklə münasibətinə aydınlıq gətirib. Bu idmançımız da ipponla məğlub olub.

13:03

90 kq çəkidə yarışan Ramin Qurbanov 1/16 finalda portuqaliyalı Çelio Diasla qarşılaşıb. Rəqib ipponla məğlub olub.

12:57

78 kq çəkidə yarışan Günel Həsənli 1/16 final mərhələsində dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etmiş Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirib. Lakin onun debütü uğurlu alınmayıb. 92-ci dəqiqədə ippona düşən idmançı yarışa vaxtından əvvəl vida edib.

12:37

100 kq çəkidə Azərbaycanı təmsil edən Elxan Məmmədov 1/16 finalda Zlatko Kumriçlə (Xorvatiya) qarşılaşıb. İdmançımız ippon fəndiylə təmiz qələbə qazanıb. O, 1/8 finalda Lukas Krpaleklə münasibətinə aydınlıq gətirəcək.

12:18

+100 kq çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşıb və döyüşünü qələbə ilə bitirib. O, görüşün başa çatmasına 57 saniyə qalmış rəqibini ippona salıb. Cüdoçumuz 1/8 finalda gürcüstanlı Levani Matiaşvilini sınağa çəkəcək.

11:55

Bakı 2015 I Avropa Oyunlarında cüdo yarışları davam edir. Bu gün daha 5 çəki dərəcəsində idmançılar mübarizə aparacaq.

Publika.az xəbər verir ki, bu gün 5 cüdoçumuz tatamiyə çıxacaq. Amma bir çəkidə (qadınlar, +78 kq) Azərbaycan təmsilçisi çıxış etməyəcək. Əvəzində

bir çəki dərəcəsində iki idmançı ilə təmsil olunacağıq.

Cüdo

27 iyun

Kişilər

90 kq

Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulacaq. Qurbanov bu mərhələdən yarışa qatılacaq portuqaliyalı Çelio Diasla qarşılaşacaq. Görüş saat 13:00-da başlayacaq.

100 kq

Bu çəkidə Azərbaycanın iki güclü cüdoçusu çıxış edəcək. Öncə mübarizəyə Elxan Məmmədov qoşulacaq. Dünya çempionumuz saat 12:24-də 1/16 final görüşünə çıxacaq. 33 yaşlı idmançımızın rəqibi özündən 12 yaş kiçik olan Zlatko Kumriç (Xorvatiya) olacaq.

Bayraqdarımız Elmar Qasımov isə 1/16 finalı azarkeş qismində keçirəcək və növbəti mərhələdəki rəqibini gözləyəcək. O, 1/8 finalda Jorje Fonseka (Portuqaliya) – Qriqori Minaşkin (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan millisinin kapitanının görüşü 13:54-ə təsadüf edəcək.

+100 kq

Bu çəkidə ölkəmizi təmsil edəcək Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşacaq. Təmsilçimiz saat 12:06-da başlayacaq bu görüşü qalib kimi tamamlaya bilsə, növbəti mərhələdə gürcüstanlı Levani Matiaşvili sınağına çıxacaq.

Qadınlar

78 kq

Qadınların yarışında mübarizə aparacaq Günel Həsənli 1/16 final mərhələsində özündən qat-qat təcrübəli cüdoçu ilə görüşəcək. 18 yaşlı idmançımız dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etmiş Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək. O, saat 12:42-də startı veriləcək görüşdən qalib ayrılarsa, 1/8 finalda London Olimpiya Oyunlarının bürünc mükafatçısı və dünya çempionu titulu olan Odrey Seumeoya (Fransa) rəqib olacaq.

Qeyd edək ki, cüdo yığmamızın aktivində 1 gümüş medal var. 60 kq çəki dərəcəsində Orxan Səfərov finalda məğlub olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm