Aparıcı canlı yayımda müğənniyə təklif verdi
Bizi izləyin

Magazin1

Aparıcı canlı yayımda müğənniyə təklif verdi

Meyxanaçı-müğənni Vasif Əzimov “Əsl şou” verilişinin qonağı olub. Meyxanalarından daha çox mahnıları ilə tamaşaçıların diqqətini çəkən Əzimov yeni mahnılarını veriliş boyu ifa edib.

Verilişə xeyli sayda tamaşaçı zəng edib, onlar müğənnidən sevdikləri mahnını ifa etməyi rica ediblər. Bunu görən verilişin aparıcları Səidə Sultan və Elgün Camal canlı efirdə müğənnini gələn həftə yenidən verilişə dəvət ediblər.

Səidə Sultan: “Vasif, sən gələn həftə yenidən bizim verilişə qonaq gəl. Amma repertuar hazırlama. İfa edəcəyin mahnıları telefon zəngləri əsasında təyin edəcəyik”.

Vasif Əzimov təklifdən məmnun qaldığını gizlətməyib və razılıq verib.

Müğənni ifa etdiyi mahnıların musiqilərinin və sözlərinin özünə aid olduğunu bildirib.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camal və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm