Əməkdar artist: “Bunu çox istəyirəm, amma…”
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Bunu çox istəyirəm, amma…”

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Nəsibə Eldarova seriallarla bərabər böyük ekran işlərinə də çəkilmək arzusundadır. Amma deyəsən, rejissorlar onu filmlərinə dəvət etmirlər.

Publika.az-a açıqlama verən aktrisa gileylənməsə də, arzularını dilə gətirib:

“Mən aktrisayam və işim filmə çəkilməkdir. Çox istəyirəm ki, böyük filmlərdə rol alım. Amma durub heç bir rejissora ağız açmaram ki, mənə filmində rol ver. Dəvət edərlər çəkilərəm, etməzlərsə də, oturub gözləyərəm”.

Çəkildiyi seriallardan məmnun qaldığını dilə gətirən əməkdar artist hazırda heç bir seriala çəkilmədiyini bildirib.

Qeyd edək ki, aktrisa “Sənə inanıram”, “Səndən sonra”, “Oğurlanmış arzular” və digər seriallarda rol alıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm