Ancelina Coli və Bred Pitt kral ailəsi ilə görüşüb – FOTOLAR
Bizi izləyin

Magazin2

Ancelina Coli və Bred Pitt kral ailəsi ilə görüşüb – FOTOLAR

Xarici mətbuat lap ilin əvvəlindən dünyanın ən məşhur cütlüyü ilə kral ailəsinin görüşəcəyi haqqında yazmışdı. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ancelina Coli ilə Bred Pit şahzadə Uillyam və Keyt Middletonla görüşüblər.

Mənbə iddia edir ki, cütlük Kensinqton sarayında çay içiblər, daha sonra isə onlara şahzadə Georq da qoşulub. Görüşdən hamı məmnun qalıb. Ancelina ilə Bred hətta görüşdə nəzərdə tutulan vaxtdan bir-iki saat da artıq qalıblar.

Mənbələrdən biri məlumat verib ki, məşhur cütlüklərin nə müzakirə etdiyi məlum deyil. Bununla belə, ingilis mətbuatı bu görüşün təfərrüatını öyrənməyə çalışır.

Xatırladaq ki, bu yaxınlarda KİV Ancelina və Bredin münasibətlərinin boşanma həddində olduğunu yazmışdı.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm