Stress və əsəbə qarşı bitki çayı
Bizi izləyin

Sağlamlıq

Stress və əsəbə qarşı bitki çayı

Elə bir insan yoxdur ki, həyatının müxtəlif mərhələlərində stresslə qarşılaşmasın. Bu vəziyyət insanın ətraf mühitlə münasibətlərinə təsir edir, əsəblərini korlayır. Üstəlik, zehni və fiziki gücünü azaldır.

Stress həyata bədbin baxmağa, pessimist düşüncələrə qapılmağa və ruh düşkünlüyünə səbəb olur. Sağlam qidalanma mütəxəssisi Könül Ateşsaçan günümüzün ən geniş yayılmış xəstəliyi olan stressdən xilas olmaq üçün bitki çayı məsləhət görür. Həmin çay gərginlik və stressdən xilas olmağa yardımçı olacaq.

Publika.az sağlam qidalanma mütəxəssisi Könül Ateşsaçanın gərginliyi azaldıb əsəbləri sakitləşdirən məşhur çay reseptini təqdim edir:

Ərzaqlar:

1 yemək qaşığı ballı nanə (melisa)

1 çimdik qurudulmuş çobanyastığı çiçəyi

6-7 təzə nanə

1 yemək qaşığı qəhvəyi şəkər

1/2 limon

1 litr su

Hazırlanması:

Qaynar suda ballı nanə və çobanyastığını 4-5 dəqiqə dəmləyin. İçinə şəkər əlavə edib ilıqlanmasını gözləyin. İlıqlananda limonun suyunu və qabığını əlavə edin. Təzə nanə yarpağı ilə bəzəyərək süfrəyə verin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm