Dodaq böyüdən məşqlər - FOTOLAR
Bizi izləyin

Gözəllik

Dodaq böyüdən məşqlər - FOTOLAR

Bədən quruluşunu: ayaqları, qolları, ombanı, beli gözəl göstərmək üçün müəyyən məşqlər edilir. Üz dərisinin cavan qalması üçün də üz məşqləri var. Lakin məşqlər bununla bitmir. Sən demə, dodaqların da gözəl və həcmli qalması üçün xüsusi hərəkətlər var. Məsələn, dodaqların quruluşunu dəyişmək üçün dodaq əzələlərini işlətməlisiniz.

Publika.az dodaqlara təsir edən 3 hərəkəti təqdim edir:

1. gərgin gülümsəmə

Aşağıdakı kimi dodaqlarınızı bir-birinə möhkəm şəkildə bağlayın və əllərinizlə dartın. Sonra buraxın. Bu hərəkəti 5 dəfə təkrarlayın.

2. öpüş

Dodaqlarınızı uzadaraq öpüş hərəkəti edin və buraxın. 5 dəfə edin.

3 . “yemirəm”

Dodaqları görünməyəcək şəkildə birləşdirməyə çalışın və gülümsəyin. Bu hərəkəti də 5 dəfə təkrar edin.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm