Mətanət Əsədova ona əxlaqsız deyən yazıçını efirdən qovdu - QARŞIDURMA/VİDEO/FOTOLAR
Bizi izləyin

Magazin1

Mətanət Əsədova ona əxlaqsız deyən yazıçını efirdən qovdu - QARŞIDURMA/VİDEO/FOTOLAR

Müğənni Mətanət Əsədova və yazıçı-redaktor Əziz Musaoğlu arasında qalmaqalın əsası qoyulub. Publika.az xəbər verir ki, bu gün “Günaydın” verilişinin qonağı olan tərəflər biri-birini təhqir etməkdən çəkinməyib. Veriliş boyu şou əhlini aşağılayan fikirləri ilə seçilən yazıçı Əsədovanı küçə qadını adlandırıb.

“Mən Mətanət xanımı ilk dəfədir görürəm. Bir az da xoşuma gəlmir. Onlar çıxsın musiqidən danışsınlar. Bu, mənə xoşdur. Amma çıxıb millətin genindən, xüsusiyyətindən danışanda mənim xoşuma gəlmir. Söhbət ümumi müğənnilərdən gedir. Özündən deyən müğənnilər var ki, millətə ağıl öyrətmək istəyirlər”.

O, müğənninin geyiminə də irad tutub:

“Mətanət xanım, donu salmısan ayağının altına, amma... (sinəsinin açıq olmasına ehyam vurur - red.), olmaz axı. Toya gedəndə necə geyinirsiniz geyinin. Amma millət qarşısına çıxanda olmaz”.

Mətanət Əsədova dərhal yazarın sözünü kəsərək:

“Mən sizə ixtiyar vermirəm ki, nə mənim geyimimə, davranışıma, nə də dünya boyda olan sənətimə toxunasınız. Sizə kim bu ixtiyarı verib?”

Yazarın “Sizin dünya boyda olan sənətiniz yoxdur. Yekə danışma. Bu cür çıxma efirə. Mənim millətimin qabağına belə çıxma. Mən olan yerə sən gəlmə”, - deməsi Əsədovanı cin atına mindirib:

“Sən kimsən? Sənə nə var? Kaş elə sənin bütün müğənnilərin mənim kimi səliqəli-səhmanlı geyinsinlər”.

Əsəblərinə hakim kəsilə bilməyən ifaçı yazarın üstünə şığıyıb. Söhbət daha da qızışıb. Verilişdə qonaq olan müğənni Manaf Ağayev aranı sakitləşdirmək istəyib.

“Ağsaqqalsan. Cavan olsan, başqa cür danışardıq. Şou-biznesin adından danışa bilməzsən. Orada elə kişilər var ki, sənin nəsil-nəcabətində elə kişilər yoxdur. Ümumi danışma. Mətanətin isə sənəti var”.

Veriliş boyu Mətanət Əsədova çalışsa da, əsəblərinə hakim kəsilə bilməyib. Əziz Musaoğlu və sənətçi arasında söhbət yenidən qızışıb.

“Biz olmasaq, sizin yazdıqlarınız kimə lazımdır? Siz kimsiz ki, bizim sənətimizi bazar adlandırasınız. Sizin yazdıqlarınızı axı kim oxuyacaq. Nə gündəsiniz? Yazdıqlarınızın birini çıxardın ortalığa, görüm nədir ki, mən onu oxumamışam”.

Bu sözlərə cavab olaraq yazıçı qarşı tərəfi küçə qadını adlandırıb.

“Mən aliməm. Sən isə ….(etik normalara görə həmin sözü yazmırıq – red.).

Bundan sonra Əsədova Musaoğlunun üstünə şığıyıb. “Dur çıx get” çığıraraq onu efirdən qovub.

Əziz Musaoğlu sonradan üzr istəsə də, müğənni bunu qəbul etməyib. “Mən dediyim sözə görə Mətanət xanımdan üzr istəyirəm” deyən Musaoğluna “Səninlə o sözünə görə məhkəmədə görüşəcəyik. Nə bağışla?!” cavabını verib.

Qeyd edək ki, “Günaydın” verilişi həftəiçi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm