Övladını suda dünyaya gətirdi - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Övladını suda dünyaya gətirdi - FOTOLAR

Son illərdə qadınların suda uşaq dünyaya gətirməsi dəb halını alıb. Suda doğuş xüsusi vannalarda həyata keçirilir. Bu üsulla doğuş zamanı qadının əzələlərində elastiklik əmələ gəlir və sancı çəkən qadın ağrı hiss etmir.

Bu, ağrını azaltmaq məqsədilə edilir. Qadın suda olarkən monitorla onun ürək döyüntülərinə də nəzarət edilir. Doğuş zamanı da uşaq birbaşa suyun içinə doğulur. Bu, ana bətnindən çıxan uşağın adaptasiyasına kömək edir. Uşaq bu doğuş zamanı travma almır. Əgər uşağı suda buraxsaq, o, batmayacaq, balıq kimi üzəcək.

Publika.az xəbər verir ki, Kathi Rosario adlı fotoqraf da rəfiqəsinin doğuş anlarını anbaan qeydə alıb. Qadın körpəsini evdə suda dünyaya gətirib.

Fotoqrafın çəkdiyi kadrlar böyük marağa səbəb olub.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm