Əməkdar artist əməliyyatdan sonra ilk dəfə efirə çıxdı – FOTOLAR
Bizi izləyin

Magazin1

Əməkdar artist əməliyyatdan sonra ilk dəfə efirə çıxdı – FOTOLAR

Əməkdar artist Almaz Ələsgərli əməliyyat olunandan sonra ilk dəfə efirə çıxıb. İfaçı “Əsl şou” verilişində həmkarı Səidə Sultanın qonağı olub. Ələsgərli səhhəti ilə əlaqədar ilk dəfə verilişdə danışıb.

“Çox əziyyət çəkdim. Mənim problemim var idi. Onu kəsdik atdıq. Neftçilər xəstəxanasında əməliyyat olundum. Şükür, hazırda səhhətim yaxşıdır”.

Xatırladaq ki, əməkdar artist Almaz Ələsgərli 15 gün öncə öd kisəsindən cərrahiyyə əməliyyatı olunub.

Publika.az ifaçının səhhəti ilə bağlı Ələsgərli ilə əlaqə saxlayıb. İfaçı hazırda xüsusi pəhriz saxladığını və evdə xüsusi nəzarətdə olduğunu da bildirib.

Qeyd edək ki, “Günaydın” verilişi həftəiçi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm