Geyimdə qırmızı, ağ və mavinin möhtəşəm vəhdəti - FOTOLAR
Bizi izləyin

Dəb

Geyimdə qırmızı, ağ və mavinin möhtəşəm vəhdəti - FOTOLAR

Hər rəng bizim psixoloji durumumuza təsir edir. Bəzi rənglər diqqət cəlb edir, başqaları isə əksinə, itələyici xüsusiyyəti ilə seçilirlər. Geyindiyimiz paltarın fasonundan çox onun rəngi ətrafda olan insanlara müəyyən psixoloji təsir göstərir. Rənglərin mənalarını bildikdə ətrafa ötürdüyünüz təsiri özünüz idarə edə və qüsursuz imic yarada bilərsiniz. Biz bu yazıda qırmızı, ağ və mavi rəngin mənalarını açmağa, bu rənglərdən ibarət dəstləri təqdim etməklə isə ötürdüyü təsiri göstərməyə çalışmışıq:

Qırmızı

Bu, dinamika və ehtiras rəngidir. Qırmızı paltarlı qadın həmişə nəzərə daha tez çarpır. Bu rəngi, adətən, daha çox diqqət mərkəzində olmaq istədikdə seçirlər. Əgər getdiyiniz məkanda həmsöhbətlərinizlə xoş ünsiyyət qurmaq istəyirsinizsə, qırmızının daha yumşaq çalarlarını seçməlisiniz. Çünki dolğun qırmızı diqqəti cəlb etməklə qalmır, avtoritar rəng olduğu üçün həm də psixoloji cəhətdən qarşı tərəfə təsir göstərir. İşdə isə qırmızı əsəb gərginliyinə gətirib çıxara bilər. Qırmızı rəngi, adətən, tez hirslənən adamlar sevirlər. Asiya ölkələrinin əksər hissəsində xoşbəxtlik və firavanlıq rəmzi hesab olunduğundan burada gəlinlik qırımızı rəngdə olur.

İnsanlar qırmızı paltarda daha ağır görünür. Geyimdə kiçik bir qırmızı element obraza cəsarət və qətiyyət verəcək. Əgər həyatınızda ruh yüksəkliyi çatışmırsa və ya marağınız azalıbsa, qarderobunuza bu rəngi əlavə edin.

Geyimdə göy rəng

Göy rəng etimad doğurur, həm də mühafizəkarlığı təcəssüm etdirir. O, ciddiliyi və etibarlılığı formalaşdırır. Bu da təsadüfi deyil ki, işgüzar dress-kod qaydalarında göy rəng əsas götürülür. Göy rəng sakitləşdirir, amma eyni zamanda, tonusda saxlayır. Əgər həyatda tarazlığı bərpa etmək lazımdırsa, bu rəngə üstünlük verin. Göy rəng ünsiyyətə sövq edir. Təşviş və həyəcanı aradan qaldırmaq istəyirsinizsə, mütləq göy rəngi seçin. Göyün ağ ilə vəhdəti karyerist insanlar üçün ideal hesab olunur. Bu iki rəngin vəhdəti çevikliyi və bacarığı inkişaf etdirir. Mavi rəngli paltar etimad və loyallıq rəmzidir.

Ağ rəng

Ağ bayraq bütün dünyada barış simvoludur. Bu rəng həmçinin təmizlik və yüngüllük rəmzidir. Ağ geyimlər çox təntənəli görünsə də, başqa rənglərdən fərqli olaraq çox tez çirk götürür. Ona görə də gündəlik qarderobda çox az istifadə olunur. Ağappaq rəng bəzilərində həyəcan və narahatlıq hissi yarada bilər. Eyni zamanda bu rəng və təravəti fikirlərdə aydınlıq yaradır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm