İşdə yatmaq xeyirlidir
Bizi izləyin

Bilgi.az

İşdə yatmaq xeyirlidir

İş yerində yatmaq insanın iş qabiliyyətinə müsbət təsir göstərir.

Bu barədə "Personality and Individual Differences" nəşrində dərc edilən məqalədə bildirlilir.

Məqalədə deyilir ki, alimlərin keçirdiyi sınaqda 18-50 yaş arasında 40 nəfər iştirak edib. Könüllülərə nahar fasiləsində yatmaq təklif olunub. Onların müəyyən hissəsi bir saat ərzində rahatlıq gətirən videoçarxlara baxıblar, qalanları isə sakit şəraitdə yata biliblər. Sonra sınaqdan keçirilənlərin intellekti və iş qabiliyyəti yoxlanılıb. Bir saatlıq yuxudan sonra dincələn adamlar onlarda gərginliyin zəiflədiyini, daxili qüvvənin oyandığını və işləmək arzusu yarandığını bildiriblər.


Qeyd edək ki, iri şirkətlərin çoxu əməkdaşlar üçün müvafiq şərait yaradıblar. Madam ki, insan həqiqətən yatmaq istəyir, bunun üçün ona imkan vermək lazımdır. Bu yuxu onun məhsuldar işləməsini davam etdirmək və öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm