“Nabat” Almaniyaya gedir
Bizi izləyin

Magazin1

“Nabat” Almaniyaya gedir

Rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi iyulun 29-dan avqustun 9-dək Almaniyada keçiriləcək “Five lakes” Beynəlxalq film festivalında nümayiş olunacaq.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Publika.az-a verilən məlumata görə, azərbaycanlı rejissorun filmi festivalın əsas müsabiqə proqramında yer alıb.

Qeyd edək ki, bu “Nabat” filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq Beynəlxalq film festivalının əsas müsabiqə proqramında təqdim olunub və festivalın üç nüfuzlu mükafatına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Hərbi-vətənpərvərlik mövzusunda olan ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm