Bakıda avtobus qəza törətdi: yaralılar var – SON DƏQİQƏ – FOTOLAR
Bizi izləyin

Hadisə

Bakıda avtobus qəza törətdi: yaralılar var – SON DƏQİQƏ – FOTOLAR

Bu dəqiqələrdə Bakının Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın əməkdaşı xəbər verir ki, hadisə S.S.Axundov küçəsində qeydə alınıb. “Mitsubişi Pajero” markalı avtomobillə 88 saylı sərnişin avtobusu toqquşub. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb. Hazırda hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları gəlib. Hadisə şahidlərinin bildirdiyinə görə, yol qəzasının törədilməsində günahkar avtobus sürücüsü olub.

Rəşad Abbasov

Fotolar müəllifə məxsusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm