Mindən çox həkim işə çıxmaqdan imtina etdi - FOTOLAR
Bizi izləyin

Dünya

Mindən çox həkim işə çıxmaqdan imtina etdi - FOTOLAR

Mərkəzi Hindistanın Maharaştra ştatında 4 mindən artıq həkim heyəti müddətsiz tətilə çıxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər küçələrə çıxmaqla əmək fəaliyyətinin yaxşılaşdırılmasını tələb edir.

Tətildə Hindistanın maliyyə paytaxtı və meqapolisi Mumbay şəhərindən 2 mindən artıq həkim iştirak edir.

Verilən məlumata görə, həkim heyəti tibbi xidmətlərinin müqabilində layiqli maaş və hökumətdən hörmət tələbi ilə küçələrə çıxıb.

Həkimlər tələblərinin yerinə yetiriləcəyi təqdirdə işə çıxacaqlarını bəyan ediblər. Bir neçə gündür ki, davam edən tətil hələ ki, heç bir bəhrə verməyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm